Hayfada həyəcan siqnalı çalınıb

Hayfada həyəcan siqnalı çalınıb

Xəbər mənbələri işğal olunmuş ərazilərdəki Hayfa limanında raket atəşi ilə bağlı həyəcan siqnalının eşidildiyini bildirib.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livanın cənubundan Hayfaya raket hücumundan sonra sirenalar səsləndirlib.

Sosial şəbəkələrdə yayımlanan şəkillərdə işğal olunmuş ərazilərdəki Hayfa limanına doğru raketlərin atıldığı görünür.

Hələlik bu xəbərdə mümkün itkilərdən bəhs edilməyib.

Çərşənbə günü axşam Livan İslami Müqaviməti (Hizbullah) həmçinin sionist işğalçıların “Bəranit”, “Əl-İbad” və “Təl Şəar” bazalarını, eləcə də Yuxarı Qalileydə yerləşən “Əl-Mutla” qəsəbəsindəki mövqelərini hədəfə alıb.

İRNA-nın məlumatına görə, Fələstinin müqavimət qrupları Livan Hizbullahının “Əqsa tufanı” əməliyyatının başlaması ilə Fələstinin şimalında sionist hərbçilərin böyük bir hissəsini dayandırmaq və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün işğal olunmuş Fələstin ərazilərində sionist rejimin məqsədlərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.

Bu baxımdan sionist mediası dəfələrlə Hizbullahın hələ də işğal olunmuş Fələstin torpaqlarının şimalında üstünlüyünün olduğunu və İsrail ordusunun bu bölgədə tələyə düşdüyünü etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + twelve =