Hebronda sionistlər tərəfindən fələstinli uşaqlar həbs olunub

Hebronda sionistlər tərəfindən fələstinli uşaqlar həbs olunub

Bu gün (çərşənbə axşamı) media mənbələri İordan çayının qərb sahilinin cənubunda yerləşən Hebronda İsrail qüvvələri tərəfindən doqquz fələstinli uşağın həbs edildiyini açıqlayıb.

İRNA-nın çərşənbə axşamı yaydığı xəbərə görə, Şahab xəbər agentliyi sionist rejim mühafizəçilərinin Hebronun “Təl ər-Rumidə” qəsəbəsində 9 fələstinli uşağı həbs etdiyini bildirib.

Sionist ordu bu uşaqları məktəbdən qayıdarkən həbs edib.

Yerli mənbələr bildiriblər ki, bu uşaqların hara aparıldığı məlum deyil və onların ailələri uşaqlarının taleyindən xəbərsizdir.

Fələstin İnformasiya Mərkəzi sionist rejimin yəhudilərin bayramları münasibətilə Hebron şəhərində sionistlərin təxribatçı yürüşü ilə eyni vaxtda şəhərin müxtəlif bölgələrində ciddi təhlükəsizlik tədbirləri həyata keçirdiyini elan edib.

Sionistlər Hebronun müxtəlif məhəllələrində mobil nəzarət-buraxılış məntəqələri yaradıb və fələstinliləri sorğu-sual ediblər.

Bu hesabata görə, yüzlərlə ekstremist mühacirlər Hebrondakı İbrahimi məscidinə hücum edərək yəhudilərin bayramlarını bəhanə edərək Talmud ayinlərini keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =