HƏMAS: 7 kütləvi məzarlıq işğalçıların Fələstin xalqına qarşı vəhşiliyinin sübutudur

HƏMAS hərəkatının işğalçı İsrail rejiminin cinayətləri ilə bağlı bəyanatında deyilir: “Qəzza zolağının xəstəxanaları ətrafında 7 kütləvi məzarlığın tapılması ilə bağlı Qəzza Səhiyyə Nazirliyinin açıqlaması işğalçıların xalqımıza qarşı vəhşiliyinin növbəti sübutudur.”HƏMAS Hərəkatı əlavə edib: “Qəzza xəstəxanalarında kütləvi məzarlıqların tapılması təcavüzün dayandırılması üçün beynəlxalq ictimaiyyət və BMT tərəfindən tədbirlər görülməsini tələb edir.”
HƏMAS-ın bəyanatının davamında vurğulanır: “İnsan haqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan işğalçı rejimin cinayətlərini sənədləşdirərək Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etmələrini xahiş edirik.”
Qəzza zolağındakı hökumətin informasiya ofisi bu gün verdiyi açıqlamada bildirib: “Tibb işçiləri və yardım təşkilatları bu gün Qəzza şəhərinin qərbində yerləşən Əl-Şifa xəstəxanası ərazisində üçüncü kütləvi məzarlığı aşkar ediblər.”
Qeyd edək ki, işğalçı İsrail ordusu həftələrlə “Əl-Şifa” xəstəxanasını öz nəzarətində saxlayıb və burada yüzlərlə insanı qətliam edib.