HƏMAS: Atəşkəs daha 2 gün uzadılıb

HƏMAS: Atəşkəs daha 2 gün uzadılıb

İslami müqavimət hərəkatı HƏMAS İsraillə 4 günlük əldə olunan atəşkəs razılaşmasının daha 2 gün uzadıldığını açıqlayıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin xəbərinə görə, HƏMAS bu gün, bazar ertəsi, bu atəşkəs razılaşmasının son günü ilə eyni vaxtda, Qətər və Misirdəki qardaşlarla müvəqqəti humanitar atəşkəsin əvvəlki atəşkəslə eyni şərtlər əsasında iki gün daha uzadılması barədə razılığa gəldiyini açıqlayıb.

HƏMAS bunu açıqlayarkən bildirib ki, məhbusların yeni siyahısı üzərində işləyir.

Qətər Xarici İşlər Nazirliyi də eyni zamanda təsdiqləyib: Qəzzada humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı razılığın əldə edildiyini elan edirik.

Digər tərəfdən, bir Amerika rəsmisi Əl-Cəzirəyə müsahibəsində Qəzzada müvəqqəti atəşkəsin iki günlük uzadılmasını rəsmən təsdiqləyib.

Bu gün HƏMAS və sionist rejim arasında əsirlərin mübadiləsi və Qəzzəyə humanitar yardımların çatdırılmasını əhatə edən 4 günlük atəşkəs razılaşmasının sonuncu günü idi.

Bu gün dördüncü məhbus qrupu dəyişdiriləcək və Misirin verdiyi açıqlamaya görə, 33 fələstinlinin müqabilində 11 israilli azad ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 3 =