HƏMAS: Atəşkəs olmadan sionist məhbusların azad edilməsi mümkün deyil

HƏMAS: Atəşkəs olmadan sionist məhbusların azad edilməsi mümkün deyil

Bəzi ərəb mənbələri bildiriblər ki, HƏMAS hərəkatı Qətər vasitəçisinə Qəzzada atəşkəs bərqərar etməzdən əvvəl sionist məhbusların azad edilməsini müzakirə etməyin mümkün olmadığını elan edib.

HƏMAS hərəkatı Qəzzada atəşkəsin yaradılmasından əvvəl sionist məhbusların azad edilməsinə qarşı olduğunu bəyan edib.

 “Rəy Əl-Yəvm” qəzeti yazıb ki, Həmas Qətərlilərə elan edib ki, Qəzzada atəşkəs bərqərar etməmişdən əvvəl sionist məhbusların azad edilməsi məsələsi ilə məşğul olmaq mümkün deyil.

Bu məlumata görə, HƏMAS müqavimətin əsirlərini bir qrup xarici və ikili vətəndaş olmaqla iki qrupa ayırıb və konkret olaraq Qəzza zolağına humanitar yardım, sağlamlıq və yanacaq verilməsi təmin olunmadan müzakirələr qeri-mümkündür.

İkinci qrup məhbuslar sionistlərdir ki, onlar da mülki və hərbi olmaqla iki qrupa bölünürlər.

HƏMAS-ın məlumatına görə, sionist rejimin həbsxanalarından fələstinli qadın və uşaqların azad edilməsi müqabilində mülki vətəndaşlar azad ediləcək.

HƏMAS-ın sözlərinə görə, israilli hərbi əsirlər yalnız o halda azad olunacaqlar ki, bütün fələstinli məhbuslar sionist rejim həbsxanalarından azad olunsunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + twenty =