HƏMAS: Beynəlxalq ictimaiyyət İsraili Qəzza keçidlərini açmağa məcbur etsin

HƏMAS: Beynəlxalq ictimaiyyət İsraili Qəzza keçidlərini açmağa məcbur etsin

 Sionist rejimin müqavimət qüvvələrinə qarşı meydanda məğlubiyyətin əvəzini çıxmaq üçün qeyri-insani hərəkətlərinin və Qəzzə keçidlərini bağlaması, eləcə də bu zolaqda su və elektrik enerjisini kəsməsinin ardınca, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq Qəzza keçidlərinin açılması üçün beynəlxalq ictimaiyyət, Ərəb və İslam ölkələrini işğalçı rejimə təzyiq göstərməyə çağırıb.

İRNA-nın çərşənbə günü “Əl-Məsirə” telekanalına istinadən verdiyi məlumata görə, HƏMAS-ın bəyanatında bildirilir: “Ərəb və İslam ölkələrini, Ərəb Liqasını, İslam Əməkdaşlıq Təşkilatını və beynəlxalq təşkilatları Qəzza zolağının ehtiyaclarını təmin etmək üçün öz öhdəliklərini yerinə yetirməyə çağırırıq.”

HƏMAS vurğulayıb: “Ərəb və İslam ümmətindən və beynəlxalq ictimaiyyətdən istəyirik ki, işğalçıları keçidləri açmağa və Qəzza zolağının ehtiyaclarını ödəməyə məcbur etsinlər.”
Bəyanatın davamında qeyd olunur: “Adı çəkilən tərəfləri işğalçı rejimin öz iradəsini ümmətin iradəsinə tətbiq etməsinə imkan verməməyə çağırırıq. Çünki Fələstin xalqı onların tərəfindən Qüds və Məscidül-Əqsanı müdafiə edir.”

Fələstin müqaviməti ilə döyüş meydanında qəfil yaxalanan və son bir neçə gündə biabırçı məğlubiyyətə uğrayan sionist rejim Fələstin müqavimət qüvvələrini “Əl-Əqsa Tufanı”nın cəsarətli əməliyyatını dayandırmağa məcbur etmək üçün qeyri-insani addım ataraq Qəzzanın bütün keçidlərini bağlayıb.

HƏMAS-ın işğal edilmiş ərazilərə 5 minə yaxın raketlə hücumundan 5 gün keçir. Açıqlanan statistikaya görə, bu müddət ərzində 1000-dən çox israilli və 900-dən çox fələstinli həlak olub, minlərlə insan yaralanıb.

Sionistlər qabaqcıl hərbi texnikaya arxalanaraq, özlərini dünyanın ən güclü ordularından birinə sahib kimi təqdim edirlər. Amma belə böyük bir hücumu proqnozlaşdıra bilməyən ordunun, xüsusilə də sionist rejimin kəşfiyyat orqanlarının qəfil yaxalanması bütün bu təsəvvürləri darmadağın etdi. İndi İsrail bu məğlubiyyətin qisasını almaq və kompensasiyasını üçün Qəzza sakinlərinə qarşı amansız hava hücumlarına başlayıb, tanklarını və zirehli qüvvələrini Qəzza sərhədləri arxasında yerləşdirib.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi çərşənbə günü elan etdi ki, sionist rejimin bu zolağa hücumlarının başlamasından bu yana fələstinli şəhidlərin sayı 1055 nəfərə çatıb.Bu nazirliyin bəyanatında bildirilir: “Sionist rejimin Qəzzəyə təcavüzünün başlamasından bu yana 5 min 184 nəfər yaralanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + six =