HƏMAS: Bizim bütün Fələstin qrupları ilə münasibətlərimiz yaxşıdır

HƏMAS: Bizim bütün Fələstin qrupları ilə münasibətlərimiz yaxşıdır

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu hərəkatın Fələstin qruplarından ibarət milli komitəni aktivləşdirməyə hazır olduğunu vurğulayıb.

HƏMAS hərəkatı bu qrupların baş katibləri arasında aparılan danışıqların nəticələrini izləmək üçün Fələstin qruplarından ibarət milli komitəni aktivləşdirməyə hazırdır.

Bu günlərdə Misirin Əl-Ələmin şəhərində Fələstin qruplarının baş katiblərinin toplantısı keçirilib.

Toplantı Fələstin Azadlıq Təşkilatı Milli Şurasının sədrliyindən əlavə, 11 qrupun iştirakı ilə Fələstindəki daxili vəziyyəti və parçalanmalara son qoymaq üçün həll yollarını araşdırmaq məqsədilə keçirilib.

HƏMAS hərəkatının siyasi bürosunun üzvü Xəlil Əl-Həyyə deyib: “HƏMAS-ın Fələstin qrupları və Fələstin xalqının bütün təbəqələri ilə əlaqələri ən yaxşı vəziyyətdədir və biz bu qrupların baş katibləri arasında aparılan danışıqların nəticələrini izləmək üçün Fələstin qruplarından ibarət milli komitəni aktivləşdirməyə hazırıq.”

 “Əl-Qudsul-Ərəbiyy” qəzetinin məlumatına görə, Əl-Həyyə vurğulayıb: “HƏMAS Fələstin məsələsini təhdid edən təhlükələrə qarşı birlik yaratmaq məqsədi ilə Fələstin qruplarının toplantısında iştirak edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =