HƏMAS: Cenin şəhidlərinin qanı intifazə atəşini alovlandıracaq

HƏMAS: Cenin şəhidlərinin qanı intifazə atəşini alovlandıracaq

HƏMAS hərəkatının sözçüsü Cenin şəhərində daha bir fələstinli gəncin şəhid olmasına cavab olaraq, şəhidlərin qanının intifazə atəşini alovlandıracağını vurğulayıb.

HƏMAS hərəkatının sözçüsü Hazim Qasim Cenin şəhərində fələstinli döyüşçülərin bu şəhərə hücum edən sionist əsgərlərlə qarşıdurmasını yüksək qiymətləndirib.

Cümə axşamı səhəri (dünən) çoxlu sayda sionist əsgər yenidən İordan çayının qərb sahilinin Cenin şəhərinə hücum edib və bir fələstinli gənc şəhid olub.

Fələstinin Səhiyyə Nazirliyi elan edib: “ “Mustafa Əlkəstani” adlı 32 yaşlı fələstinli gənc sionist güllələrinin onun başı, sinəsi və ürəyinə dəyməsi nəticəsində şəhid olub. ”

 “Şahab News” saytının məlumatına görə, Qasim şəhidlərin qanının intifazə və inqilab atəşini alovlandıracağını vurğulayıb.

O, əlavə edib: Cenin müqavimətin paytaxtı və döyüşçülərin qalası olaraq qalacaq və sionist düşmənin cinayətləri qarşısında heç vaxt məğlub olmayacaq, əksinə inqilabı gücləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + thirteen =