HƏMAS: Fələstin xalqının lüğətində təslim olmaq yoxdur!

HƏMAS: Fələstin xalqının lüğətində təslim olmaq yoxdur!

HƏMAS: Fələstin xalqının lüğətində təslim olmaq yoxdur!

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəis müavini deyib: Fələstin xalqı təslim olmayacaq və heç vaxt təslim olmağı düşünməyib.

İRNA-nın məlumatına görə, Saleh Əl-Əruri cümə axşamı gecəsi “Əl-Əqsa” radiosuna müsahibəsində deyib: Biz inanırıq ki, sionist düşmənlə mübarizənin nəticəsi qələbədir.

O, əlavə edib: İşğalçılar bizim millətimizi, tariximizi və müqəddəslərimizi məhv edib onun yerinə saxta tarix və millət qoymaq istəyirlər, lakin bilməlidirlər ki, bu torpaqdan Fələstin milləti deyil, işğalçılar qovulacaqlar.

Əl-Əruri deyib: Müqavimət Fələstinin işğalından sonra başlayıb və davam edir. Biz vahid millətik və haqqı əldə etmək, müqəddəs şeyləri müdafiə etmək üçün hər zaman müharibəyə, mübarizəyə hazırıq.

HƏMAS hərəkatının siyasi bürosunun rəis müavini sionist rejimin İordan çayının qərb sahili əməliyyatlarının arxasında HƏMAS olduğunu iddia etməsi ilə bağlı suala cavab olaraq deyib:

HƏMAS bu xalqın bir parçasıdır və tarixi müqavimətin mərkəzindədir və millətimizin, müqəddəs yerlərimizin, torpağımızın müdafiəçisi olmaq bizim şərəfimizdir.

Əl-Əruri əlavə edib: Öz cinayət əməlləri ilə Fələstin övladlarını müqavimətə qoşulmağa və mübarizə aparmağa məcbur edən işğalçı rejimdir.

İşğalçılar İordan çayının qərb sahilinə və Qüdsə hakim olmaq niyyətlərini ortaya qoyanda, bizi İordan çayının qərb sahilindəki döyüşə girməyə məcbur etdilər.

Əl-Əruri əlavə edib: Biz bu gün işğala və məskunlaşmaya qarşı mübarizə aparırıq və bu mübarizəyə nə qədər gec başlasaq, bir o qədər çətin şəraitdə mübarizə aparmalı olacağıq.

Millətimiz hər zaman işğalçılarla hər yerdə vuruşmağa hazırdır və işğalçıların cinayətləri onlara heç bir fayda verməyəcək.

Fələstin müqavimət qrupları sionist düşmənin hər hansı mümkün hücumu və cinayətinə hazırlaşmaq üçün əsas baza və qərargahlarını boşaldıblar.

Müqavimət bir müddət əvvəl Qəzza və Livanda təhlükəsizlik tədbirləri görsə də, lakin sionist düşmənin son hədələrindən sonra bu tədbirləri xeyli artırıb.

Digər tərəfdən, müqavimət vasitəçi tərəflərə mesajlar vasitəsilə sionist düşmənin hər hansı cinayət və sui-qəsdinin ağlasığmaz cavabla qarşılanacağını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + two =