HƏMAS hücumu: “Şin Bet” günahı üzərinə götürdü

HƏMAS hücumu: “Şin Bet” günahı üzərinə götürdü

İsrailin “Şin Bet” təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar oktyabrın 7-də HƏMAS-ın hücumuna səbəb olan uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

“Bununla da Bar İsaril ordusunun qərargah rəisi, yüksək rütbəli ordu komandirləri və milli təhlükəsizlik müşaviri də daxil olmaqla, məsuliyyəti öz üzərinə götürmüş bir neçə tanınmış xadimə qoşulur”, – məlumatda deyilir.

Qeyd edək ki, Netanyahu hökumətindəki bir neçə nazir, o cümlədən maliyyə naziri Bezalel Smotriç və təhsil naziri Yoav Kiş hökumətin müharibəyə görə məsuliyyət daşıdığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =