HƏMAS-ın siyasi ofisinin rəhbəri Ayətullah Xamenei ilə görüşüb

HƏMAS-ın siyasi ofisinin rəhbəri Ayətullah Xamenei ilə görüşüb

 HƏMAS-ın siyasi ofisinin rəhbəri və nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb.

İRNA-nın məlumatına görə, HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab İsmayıl Haniyə və onun başçılıq etdiyi nümayəndə heyəti İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb.

HƏMAS-ın siyasi ofisinin rəhbəri bu görüşdə Qəzzada baş verən son hadisələr və sionist rejim olan İsrailin Qəzzada törətdiyi cinayətlər, eləcə də İordan çayının qərb sahilindəki hadisələrlə bağlı hesabat verib.

İslam İnqilabının Rəhbəri də bir daha Qəzzanın möhkəm xalqının səbr və dözümlülüyünü yüksək qiymətləndirərək, ABŞ və bəzi Qərb ölkələrinin birbaşa dəstəyi ilə sionist rejimin törətdiyi cinayətləri kəskin şəkildə təəssüfləndiyini bildirərək, İran İslam Respublikasının sionist işğalçılara qarşı Fələstin müqavimət qüvvələrini dəstəkləməkdə daimi siyasətini vurğulayıb.

Həzrət Ayətullah Xamenei həmçinin İslam ölkələri və beynəlxalq təşkilatların ciddi addım atması və İslam hökumətlərinin Qəzza xalqına hərtərəfli və əməli dəstəyinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 10 =