HƏMAS-ın siyasi ofisinin üzvü: “Reuters”in yaydığı xəbər xalis yalan və böhtandır

HƏMAS-ın siyasi ofisinin üzvü: “Reuters”in yaydığı xəbər xalis yalan və böhtandır

 Fələstin Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin üzvü Üsamə Həmdan İRNA xəbər agentliyinə verdiyi eksklüziv müsahibəsində deyib: Mücahid qardaş İsmayılın Haniyənin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşü barədə Reuters xəbər agentliyinin dərc etdiyi məlumat xalis yalan və böhtandır və bu xəbər agentliyi məlumat vermək əvəzinə ucuz yalanlar yayır.

Usamə Həmdan əlavə edib: Biz bu müsbət görüşlə bağlı heç bir şərh verməmişik. Daha doğrusu, biz deyirik ki, bu görüş Həmas ilə İran İslam Respublikası arasında yaxşı və fərqli münasibətlərin davamı olaraq baş tutub.

HƏMAS hərəkatının yüksək səlahiyyətli üzvü Livan, İraq və Yəməndəki müqavimət cəbhəsinin Fələstin müqavimətinə dəstəyi ilə bağlı deyib: Şübhəsiz ki, Livan müqaviməti Hizbullahdakı qardaşlar döyüşün başladığı ilk gündən Qəzzədəki qardaşlarına dəstək olaraq birbaşa meydana giriblər və şübhəsiz ki, Fələstin müqavimətindəki qardaşları, bu qardaşların düşmənlə qarşıdurmalarını və Qüds yolunda bu döyüşdə şəhid vermələrini yüksək qiymətləndirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =