HƏMAS-ın yüksək rütbəli rəsmisi: Düşmən ancaq müqavimət dilini anlayır
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli rəsmisi sionist düşmənin zor dilindən başqa heç nə başa düşmədiyini, deyib.
İRNA-nın məlumatına görə, Hesam Bədran dünən gecə (28 avqust) Qətərin Əl-Cəzirə kanalına deyib: Düşmənin İordan çayının qərb sahilindəki hərbi əməliyyatı uğursuz olacaq və yeni nəsil fələstinli gənclər müqavimətə rəhbərlik edəcək.
O, sionist işğalçı ordunun İordan çayının qərb sahilinə geniş hərbi hücumunun Fələstin xalqına qarşı təcavüz və cinayətləri üçün bəhanəyə ehtiyacı olmadığını da vurğulayıb.
Bədran əlində silah olan hər kəsi İordan çayının qərb sahili və Qəzzada müqaviməti dəstəkləməyə dəvət eədrək deyib: Biz vasitəçilərə verdiyimiz sözə və razılaşmaya əməl edəcəyimizi elan etmişik.