HƏMAS-ın yüksək səviyyəli üzvü: İsrail atəşkəs razılaşmasına hazır deyil

HƏMAS-ın yüksək səviyyəli üzvü: İsrail atəşkəs razılaşmasına hazır deyil

HƏMAS hərəkatının liderlərindən olan Mahmud Mərdavi verdiyi açıqlamada bildirib ki, sionist rejim daxili siyasi səbəblərə görə hələ də atəşkəs razılaşmasına nail olmaq üçün lazımi qərar qəbul edə bilməyib.

Mərdavi əlavə edib: İsrailin (rejiminin) mövqeyi razılaşmaya aparan yolda ciddi olarsa, şənbə günü sınaqdan keçiriləcək.

HƏMAS-ın bu yüksək səlahiyyətli üzvü həmçinin atəşkəsi qəbul etməsi üçün sionist rejimə təzyiq etməkdə Amerikanın rolu haqqında deyib: Amerika razılaşmaya səbəb olacaq siyasi qərar qəbul etməsi üçün Benyamin Netanyahuya təzyiq etməlidir, çünki top Amerikanın meydanındadır və tələb sadədir: Təzyiqi artırmaq. 

Mərdavi əlavə edib: Amerikanın sionist rejimə təzyiqi olmasa, bu danışıqların da nəticəsi olmayacaq və bütün hallarda danışıqların səmərəsiz olmasının səbəbi Netanyahunun daha da inadkar olması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 13 =