HƏMAS-ın yüksək vəzifəli rəsmisi: Fələstin xalqı Tel-Əvivin məcburi miqrasiya planlarını məğlub etdi

HƏMAS-ın yüksək vəzifəli rəsmisi: Fələstin xalqı Tel-Əvivin məcburi miqrasiya planlarını məğlub etdi

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Üsamə Həmdan şənbə günü gecə deyib: Qəzza zolağındakı Fələstin xalqı sionist rejim və onun müttəfiqlərinin fələstinlilərin məcburi köçü sahəsində bütün planlarının iflasa uğradıb.

İRNA-nın Qətərin Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, o, əlavə edib: Sionist düşmən meydanda müqavimət döyüşçülərinin əzmini heç vaxt qıra bilməz.

 “Fələstin xalqının işğala və müstəmləkəçiliyə qarşı döyüşünün ötən oktyabrın 7-dən başlamadığını” deyən Həmdan bu məsələyə aydınlıq gətirib: Fələstin xalqının işğal və müstəmləkəçiliklə mübarizəsi 100 il əvvələ gedib çıxır.

O vurğulayıb: Məhbusların qaytarılması üçün vaxt tükənir, lakin atəşkəs üçün hər hansı şantajın qarşısını almalıyıq.

Bu HƏMAS rəsmisi qeyd edib: Biz israilli məhbusları qoruyuruq və bu, bizim dini dəyərlərimizə və əxlaqımıza əsaslanır.

Həmdan deyib: Əl-Əqsa döyüşünün başlamasına bir ay qalmış Netanyahu Birləşmiş Millətlər Təşkilatına yalnız “İsrail” bayrağının rəngi olan bir xəritə aparıb.

O, Əl-Əqsa tufanı əməliyyatını işğalın aradan qaldırılması səylərində zəruri addım hesab edib və sözlərinə belə davam edib: Biz İsrailin işğalçı qüvvələrini və Fələstin xalqına qarşı silah tutan hər kəsi hədəfə alırıq.

Həmdan sionist düşmənin Həmas-ın mülki insanları hədəf alması ilə bağlı yalanlarının hamı üçün təsdiqləndiyinə işarə edərək davam edib.

Oktyabrın 7-də HƏMAS-ın mülki vətəndaşları öldürməsi ilə bağlı düşmənin yalanı sübuta yetirildi, amma Qəzzada fələstinli mülki vətəndaşların vəhşicəsinə qətlə yetirilməsi 100 gündür davam edir.

O vurğulayıb: Sionist rejimin vəhşiliyinin müdafiəçiləri həmişə onun ənənələrindən istifadə edir və bu rejimin cinayətlərinə haqq qazandırırlar.

Həmdan çıxışının başqa bir hissəsində Cənubi Afrikanın işğalçı rejimə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməsini səmimiyyətlə təqdir və təşəkkür edib və bütün ölkələrdən bu şikayətə dəstək vermələrini istəyib.

O, Qətərə də Qəzzaya dərman göndərdiyi üçün təşəkkür edib və deyib: Göndərilən dərmanlarla məhbusları müalicə edəcəyik.

Həmdan Amerika və İngiltərənin Yəmənə açıq təcavüzünə işarə edib və bunu pisləməklə bu təcavüzü regionun təhlükəsizliyinə təhdid hesab edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =