HƏMAS-ın yüksək vəzifəli rəsmisi: Müharibənin əvvəlindən Qəzzanın düşmən qəbiristanlığına çevriləcəyini deyirdik

HƏMAS-ın yüksək vəzifəli rəsmisi: Müharibənin əvvəlindən Qəzzanın düşmən qəbiristanlığına çevriləcəyini deyirdik

HƏMAS hərəkatının siyasi bürosunun üzvü İzzat Ər-Rəşşəq işğalçı Qüds rejiminin 24 əsgərinin ölümünə toxunaraq deyib ki, biz müharibə başlayandan Qəzzanın işğalçıların qəbiristanlığına çevriləcəyini deyirdik. Bu gün isə düşmən ordusunun məntəqənin bataqlığında boğulmasının şahidi oluruq.

İRNA-nın verdiyi xəbərə görə, Ər-Rəşşəq əlavə edib: Bu döyüşün nəticəsi ilk gündən yazılıb və hansı tərəf qalib gəlməlidirsə, qalib gələcək, kim məğlub olmalıdırsa, məğlub olacaq.

Bu açıqlamalar Fələstin müqavimətinin İsrail ordusunun cəmi bir gündə 24 əsgərin ölümü və çoxunun yaralanması ilə nəticələnən hücumunun təfərrüatlarını açıqlamasından sonra verilib.

Sionist ordu bəyan edib ki, oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bu günə qədər baş verən ən dəhşətli hadisədə bu rejimin

24 əsgəri həlak olub və çoxlu sayda əsgəri yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =