HƏMAS: İndi İsraili İordan çayının qərb sahilindən çıxarmaq üçün ən yaxşı fürsətdir

HƏMAS: İndi İsraili İordan çayının qərb sahilindən çıxarmaq üçün ən yaxşı fürsətdir

Sionistlərin İordan çayının qərb sahilindən qovulmasının zəruriliyinə işarə edən HƏMAS hərəkatının sədr müavini Fələstin xalqının və müqavimət qruplarının Tel-Əvivə təslim olmaq fikrində olmadığını bildirib.

  İsrail mənbələri bildirirlər ki, sionist rejimin Nazirlər Kabineti bu rejimin təhlükəsizlik və hərbi qurumlarına Fələstinin müqavimət liderlərinə qarşı sui-qəsd siyasətini bir daha öz gündəmlərinə salmaq üçün yaşıl işıq yandırıb.

Siyasi məsələlər üzrə israilli analitik Yoni Ben Menahem bu gün bildirib ki, HƏMAS hərəkatının siyasi bürosunun rəis müavini Saleh Əl-Əruri sionistlərin qətlə yetirmək istədikləri şəxslərdən biridir.

Bu xəbərə reaksiya verən Əl-Əruri terror qorxusunun olmadığını vurğulayıb.

Əl-Əruri Əl-Əqsa kanalına deyib: Biz təslim olmayacağıq. Millətimiz təslim olmaq fikrində deyil və təslim olmağı düşünmürük.

  İsrail millətimizi öz torpağından, tarixindən, keçmişindən və gələcəyindən, müqəddəsliklərindən ayırıb onu yalanlarla əvəzləmək istəyir. Ona görə də biz geri çəkilmək fikrində deyilik.

O, sionist kabinetinin “ya bizim qulumuz olun, ya da sizi bu ölkədən kökündən siləcəyik” ifadəsinə işarə edərək davam etdi:

Biz onlara deyirik ki, bu ölkəyə hər yerdən gələnlərin (sionistlərin) kökü kəsiləcək və digər işğalçılar kimi gedəcək, lakin bu xalq qalacaq.

Bu HƏMAS rəsmisi işarə etdi: Sionist layihənin başlanğıcından bəri müqavimət də başlayıb. Lakin bəzi insanlar sülh illüziyası ardıncadırlar. Müqavimət işğalçılarla mübarizə aparmağın yeganə yoludur.

Odur ki, zülm və zülmü gücləndirən, evləri dağıdıb insanları qətlə yetirən sionistlərin yeni Fələstin yaratmaq üçün edilən bütün səylərinin heç bir faydası olmayacaq.

Mahmud Abbasın başçılıq etdiyi Fələstin Muxtariyyət Təşkilatı dəfələrlə sionistlərlə sülh istəyib və onun beynində bu illüziya var. Yaşayış məntəqələrinin və işğalın genişlənməsi və Fələstin xalqının öldürülməsinin artması Ramullahı Tel-Əvivin sülh axtarmadığını etiraf etməyə vadar edib.

Əl-Əruri Fələstin xalqının İordan çayının qərb sahili, Qəzza və işğal olunmuş ərazilərdəki birliyinə və sionistlərlə qarşı-qarşıya gəlməyə hazır olmasına toxunaraq dedi: İordan çayının qərb sahilində Fələstin müqavimətin gücünün artması düşmənlər üçün sürpriz oldu. HƏMAS həm də Fələstin xalqının bir hissəsidir və müqavimətin mərkəzindədir.

O, Fələstin xalqının qəsəbə tikintisinə qarşı mübarizə aparmalı olduğunu bildirərək deyib: Biz bir millət olaraq İsraillə qarşı-qarşıya qalmağa qadirik.

İndi sionistlərin daxili qarşıdurma ilə üzləşdikləri  bir vaxtda bu, İsraili İordan çayının qərb sahilindən çıxarmaq üçün ən yaxşı fürsətdir. İordan çayının qərb sahilində hərtərəfli müharibənin başlamasından qaçmaq mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − ten =