HƏMAS: İslam ümməti İsrailin cinayətlərinə qarşı birləşsin

HƏMAS: İslam ümməti İsrailin cinayətlərinə qarşı birləşsin

 Həmas hərəkatı sionist rejimin region xalqlarına qarşı vəhşi cinayətlərini, xüsusilə də ötən günlərdən bəri Suriyaya qarşı dəfələrlə həyata keçirdiyi təcavüzləri pisləyərək, Ərəb və İslam ümmətinin ilə birlikdə azad insanların vəhdətinə çağırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Həmas bu gün (11 dekabr) bəyanat yayaraq sionist rejimin Suriyaya qarşı davamlı təcavüzünə reaksiya verib.

Bəyanata görə sionist rejim Suriya hakimiyyətinin süqutundan sonra bu ölkənin xaotik vəziyyətindən sui-istifadə edib.

Bəyanatda deyilir: İşğalçı sionist rejimin qardaş ölkə Suriyaya qarşı təcavüzü, bu ölkənin cənubuna hücumunu, ictimai obyektlərin və mülklərin vəhşicəsinə bombalanması, silahlı qüvvələrin imkanlarının cinayətkar şəkildə hədəfə alınmasını qətiyyətlə pisləyirik.  Cinayətkar sionist rejim region xalqlarına qarşı cinayətlərini davam etdirir və işğal siyasətini onların üzərində də sınaqdan keçirir. Ona görə də ərəb və İslam ümməti, ölkələr və canlı qüvvələr və millətlər bu cinayətkar və təkəbbürlü rejimə qarşı birləşməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + seven =