HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partlatdı
![HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partlatdı](https://sizinyol.org/wp-content/uploads/2023/12/FotoJet-2023-12-03T212007.973-620x403-1.jpg)
“Əl-Qəssam” briqadaları (Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı) Qəzza şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.
“Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, – deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.
“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub.