HƏMAS-la bağlı şok açıqlama

HƏMAS-la bağlı şok açıqlama

İsrail Müdafiə Qüvvələri (IDF) quru əməliyyatı keçirəcəyi təqdirdə radikal HƏMAS hərəkatının üzvləri təkmil silahlardan istifadə edə bilər.

Musavat com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Çox güman ki, HƏMAS-ın gələcəkdə görməli olduğumuz gizli döyüş potensialı var”, – deyə Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi analitiki Fabian Hinz bildirib.

Onun qiymətləndirməsinə görə, Fələstin hərəkatının üzvləri kritik infrastruktura və hərbi bazalara zərbələr endirmək üçün sualtı dronlardan və ya yüksək dəqiqlikli idarə olunan raketlərdən istifadə edə bilər.

Hinz deyib ki, əgər quru əməliyyatı başlasa, HƏMAS döyüşçüləri xüsusilə İsrail qoşunlarını öz ərazilərinə cəlb etməyə cəhd edə və daha sonra qabaqcıl sistemlərdən istifadə edərək cəbhə xəttindən uzaqda yerləşən hədəflərə qəfil hücumlar təşkil edə bilərlər.

O, 2006-cı ildə İsraillə müharibə zamanı “Hizbullah”ın istifadə etdiyi taktikanı xatırladıb.

Qeyd olunub ki, HƏMAS nümayəndələri bir sıra müasir silahlar yaratmaq üçün texnologiya əldə edə bilərlər. Hərbi ekspertlər iddia edirlər ki, HƏMAS hərəkatı uzun illər əvvəl İran və “Hizbullah”dan raketləri mürəkkəb idarəedici sistemlərlə təchiz etməyə imkan verən texnologiya alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − seven =