HƏMAS Misirin müharibəni bitirmək planı ilə razılaşıb

 HƏMAS Misirin müharibəni bitirmək planı ilə razılaşıb

İngilisdilli nəşr şənbə günü HƏMAS liderlərinin Misirin müharibəni bitirmək üçün təklif etdiyi planla prinsipial olaraq razılaşdıqlarını açıqlayıb.

“The Nationale” xəbər saytı məlumatlı mənbələrə istinadən “HƏMAS liderlərinin Misir tərəfinin İsraillə müharibəyə son qoymaq təkliflərini prinsipcə və əsaslı şəkildə qəbul etdiyini” açıqlayıb.

Hesabatda deyilir ki, “Misirin təklif etdiyi razılaşmanın yekun layihəsində, çox güman ki, ictimaiyyətə açıqlanmayacaq müddəalar, o cümlədən, Qəzzada gələcək idarəçiliyin taleyinin təfərrüatları və İsrailin HƏMAS-dan 7oktyabr hücumlarının təkrarlanmaması üçün təhlükəsizlik zəmanəti var.”

BƏƏ-nin “The Nationale” nəşrinin məlumatına görə, Misir tərəfi ilə HƏMAS rəhbərləri arasında müharibənin dayandırılması üçün razılıq əldə etmək məqsədilə intensiv danışıqların aparıldığı bir zamanda sionist rejim ölkənin Xan Yunis şəhərinə qurudan və havadan hücuma keçib. Qəzza zolağının cənubunda son 24 saat ərzində ən az 200 mülki vətəndaşı şəhid edib.

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf Əl-Qudrə bu gün şənbə günü sionist rejimin hücumları nəticəsində oktyabrın 7-dən bu yana 21 min 672 fələstinlinin şəhid olduğunu, 56 min 165 nəfərin isə yaralandığını bildirib.

Səma xəbər agentliyi Əl-Qudrəyə istinadən xəbər verir ki, bu gün sionistlərin Qəzzə zolağına hücumlarının 85-ci günündə işğalçı rejim 14 qətliam həyata keçirib, 165 şəhid və 250 yaralı var.

O, sionist hücumlarının qurbanlarının 70%-nin qadın və uşaqlar olduğuna işarə edərək, belə bir açıqlama verib: Tel-Əvivin tibb işçilərinə hücumundan sonra 312 nəfər şəhid olub.

Bu fələstinli məmur davam edib: İsrail qəsdən 142 tibb mərkəzini hədəfə alıb və 23 xəstəxana və 53 tibb mərkəzini bağlayıb. Tibb işçilərindən 99 nəfər də həbs edilib.

O, suya, qidaya və dərmana ehtiyacı olan bir milyon 900 min məcburi köçkün üçün aclıq təhlükəsi barədə xəbərdarlıq edərək deyib: Yaşayış mərkəzlərində 50 min hamilə qadın qida çatışmazlığından, 900 mindən çox uşaq isə şiddətli soyuqdəymədən əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + fifteen =