HƏMAS qaniçən İsrail rejiminin helikopterini məhv etdi
![HƏMAS qaniçən İsrail rejiminin helikopterini məhv etdi](https://sizinyol.org/wp-content/uploads/2023/10/n01091186-b.jpg)
HƏMAS Qəzza zolağında işğalçı İsrailə aid helikopteri vurub.Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasının Teleqram kanalında məlumat yayılıb.
“İzəddin əl-Qəssam Briqadasının döyüşçüləri Əl-Büreyc düşərgəsinin şərqində İsrail helikopterinə “Sam7” raketi buraxıblar. Döyüşçülərimiz təsdiq edir ki, hədəf vurulub”, – məlumatda qeyd olunub.
İşğalçı İsrail tərəfi hadisə ilə bağlı açıqlama verməyib.