HƏMAS: Qüds əməliyyatı sionist rejimin cinayətlərinə təbii cavabdır

HƏMAS: Qüds əməliyyatı sionist rejimin cinayətlərinə təbii cavabdır

HƏMAS hərəkatı vurğulayıb ki, işğal olunmuş Qüdsdə şəhadət əməliyyatı sionist rejimin Qəzza zolağında misligörünməmiş cinayətlərinə və Cenində uşaqların öldürülməsinə təbii cavabdır.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) işğal altındakı Qüdsdə bir sionistin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən şəhadət əməliyyatını təbrik edib.

Bu gün (30 noyabr cümə axşamı) Fələstin mediası işğal altındakı Qüdsdə yeni şəhidlik əməliyyatı keçirildiyini bildirib.

Fələstinin “Şahab” internet saytı təcili xəbərdə işğal altındakı Qüdsdə yerləşən “Ramot” qəsəbəsindəki avtovağzalda atışma nəticəsində 8 sionistin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bundan sonra sionist mediası bir sionist mühacir qadının öldürüldüyünü və 8 nəfərin yaralandığını bildirib.

HƏMAS hərəkatı vurğulayıb: Bu əməliyyat işğalçı rejimin misligörünməmiş cinayətlərinə və Qəzza zolağında fələstinliləri vəhşicəsinə qətlə yetirmələrinə və Cenində uşaqların öldürülməsinə təbii cavabdır.

Əl-Məyadin kanalının məlumatına görə, HƏMAS əlavə edib: Fələstin xalqı şəhidlərin qanının intiqamını almağa və sionistlərin təcavüzü ilə üzləşməyə hazır olduğu üçün işğalçı rejim bütün şəhər, kənd, küçə və xiyabanlarda ehtiyatlı olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 8 =