HƏMAS rəsmisi: 7 min fələstinli itkin düşüb
Həmas rəsmisi İsrailin Qəzza zolağına humanitar yardımın qarşısının alınmasının bölgədə aclığa səbəb olduğunu bildirib və 7000-dən çox fələstinlinin itkin düşdüyünü açıqlayıb.
HƏMAS-ın siyasi ofisinin yüksək rütbəli üzvü Üsamə Həmdan İsrail ordusunun bu gün axşam (çərşənbə) Qəzza zolağına hücumlarının yeni təfərrüatlarını açıqlayıb.
Bu gecə Beyrutda mətbuat konfransına qatılan Üsamə Həmdan deyib: Düşmənlərimiz Fələstin xalqının sabitliyi və müqavimətimizin cəsarəti sayəsində heç bir məqsədinə nail ola bilməyəcəklər.
HƏMAS-ın bu yüksək rütbəli üzvü sözlərinə belə davam edib: “İşğalçılar zəruri yardımların Qəzza zolağına daxil olmasına əngəl törətdikləri üçün 800 min fələstinli əsl aclıq içərisində yaşayır. Əksəriyyəti qadın və uşaq olan 7 mindən çox insan dağıntılar altında itkin düşüb.
İsrail ordusu oktyabrın 7-dən etibarən Qəzza zolağına qarşı dağıdıcı hücumlara başlayıb və bu, bölgədə bir çox infrastrukturun, xüsusilə də Qəzzanın səhiyyə infrastrukturunun məhvinə səbəb olub.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bu yaxınlarda mətbuat konfransı zamanı qeyd edib ki, fələstinli şəhidlərin 70%-i qadın və uşaqlardır.
Həmdan həmçinin deyib: Qəzza zolağında dinc sakinlərə qarşı 2000-dən çox kütləvi qətl törədilib, 21 minə yaxın insan şəhid olub. Qətllər İordan çayının qərb sahilindəki müqaviməti öz vəzifələrini yerinə yetirməkdən yayındırmayacaq, çünki Əl-Əqsa tufanı əməliyyatı bütün Fələstin və onun gələcəyi deməkdir.
Eyni zamanda o, əlavə edib: “Amerika hökuməti xalqımızın qətlində şərikdir və hüquqi və mənəvi məsuliyyətdən azad edilməyəcək.”
İsrailin xalqımıza qarşı təcavüzünün davam etdiyi hər gün bu hərəkətlər müqavimətin ixtiyarında olan məhbuslar üçün əsl təhlükə olacaq”.
Sonda Həmdan bildirib ki, Almaniya hökuməti fələstinlilərin kütləvi şəkildə öldürülməsi cinayətinə dəstək verməklə nasistlərin tarixini ən pis şəkildə təkrarlayır.
Almaniyanın “Spiegel” jurnalı dünən açıqlayıb ki, Almaniya hökumət qurumları İsrailin 10 min ədəd idarə olunan 120 mm-lik artilleriya mərmisi almaq tələbi ilə razılaşıblar.