HƏMAS sionist yaşayış məntəqələrinə raket hücumlarını davam etdirir

HƏMAS sionist yaşayış məntəqələrinə raket hücumlarını davam etdirir

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam batalyonları sionist yaşayış məntəqələrinə yeni raket hücumları edib.

İRNA-nın Fələstin mediasına istinadən verdiyi xəbərə görə, Əl-Qəssam batalyonları çərşənbə axşamı Qəzza zolağının şimal-şərqində yerləşən Sədirut qəsəbəsinə raket hücumu təşkil etdiklərini elan ediblər.

HƏMAS-ın hərbi qanadı da sionistlərin “Miftahim” qəsəbəsini onlarla raketlə hədəfə aldığını açıqlayıb.

Hazırda Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrindən təhlükə sirenaları eşidilir.

Livan Hizbullahı da bu gün axşam (çərşənbə axşamı) sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalındakı bazalarına hücumları ilə bağlı üç ayrı bəyanat yayıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı ilk bəyanatında elan edib ki, İslami Müqavimət mücahidləri bu gün səhər saatlarında sionist rejimin işğal olunmuş Fələstinin şimalında yerləşən Əl-Mutla bazasında silah təchizatını hədəfə alıb və düşmənə müəyyən tələfat veriblər.

Livan Hizbullahının digər bəyanatında deyilir ki, İslami Müqavimət mücahidləri bu gün günorta saatlarında “Ramim” hərbi bölgəsində (işğal altındakı Fələstinin şimalı) sionist rejimin tankını hədəfə alıblar və bu hücum düşmən arasında itkilərə səbəb olub.

Hizbullah başqa bir bəyanatda İslami Müqavimət mücahidlərinin 5 sionist sərhəd qərargahı olan Zərriyyə, Əs-Sədəh, Cəbələd-Deyr, Əl-Malikiyyə və Bərkə Rişanı uyğun silahlarla birbaşa hədəf aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 17 =