HƏMAS: Sionistlərin cinayətlərinin davam etməsi xalqın işğalçılğa son qoymaq əzmini artırır

HƏMAS: Sionistlərin cinayətlərinin davam etməsi xalqın işğalçılğa son qoymaq əzmini artırır

HƏMAS çərşənbə günü axşam saatlarında yaydığı bəyanatda bildirib ki, sionistlərin cinayətlərin davam etməsi xalqın işğalçılığa son qoymaq əzmini artırır.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS-ın bəyanatında deyilir: “Bu gün sionist düşmən Xan Yunisdəki Amal xəstəxanası yaxınlığında dəhşətli qətliam törətdi ki, 30 nəfərin şəhid olmasına və bir neçə nəfərin yaralanmasına səbəb oldu və bu qətliam işğalçı ordunun Qəzza əhalisinə qarşı gündəlik cinayətləri siyahısına əlavə olundu.”

HƏMAS əlavə edib: “Bu səviyyədə cinayət və vəhşilik yalnız dinc əhalini öldürməkdə və mülki obyektləri dağıtmaqda uğur qazanan işğalçı rejimin məğlub olmuş ordusuna qələbə forması verməyəcək.”

“Sionist rejimin cinayətləri vəhşi və nasist rejimin işğalçılığına son qoyulana qədər xalqın müqaviməti davam etdirmək əzmini artırır”-deyə, bəyanatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − twelve =