HƏMAS: Sionistlərin yolu  istiqamətində baş verən partlayış sarsıdıcı mesaj idi

HƏMAS: Sionistlərin yolu  istiqamətində baş verən partlayış sarsıdıcı mesaj idi

Həmas sözçüsü deyib: Sionist hərbçilərin yolunda bombanın partladılması işğalçıların ekstremist kabinetinə Fələstin torpaqlarının heç bir yerində əmin-amanlıqda olmadıqlarına dair güclü mesajdır.

Nablusun şərqində Müvəqqəti Sionist rejim əsgərlərinin yolunda fələstinli döyüşçülər tərəfindən bombanın partladılması və nəticədə azı 4 terrorçu sionistin yaralanmasından sonra müqavimət qrupları bəyanat yayıblar.

“Sərayəl-Qüds” (İslami Cihad Müqavimət Hərəkatının hərbi qolu) nəzdindəki “Nablus Batalyonu” cümə axşamı səhər saatlarında verdiyi açıqlamada bildirib: “Mücahidlərimiz işğalçı piyadalar üçün əyalətin yaxınlığında ətraflı pusqu qura və partlayıcı qurğunu işə sala biliblər.”

Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, Nablus Batalyonu izah edib ki, müqavimət döyüşçüləri bu partlayışdan sonra da işğalçı rejim əsgərlərinə atəş açaraq ölən və yaralananlar da daxil olmaqla, onların itkilərinin artmasına səbəb olub.

Bu bəyanatda deyilir: “Xüsusi qüvvələrimiz tərəfindən bombanın partladılmasının ardınca sionist hərbi maşının içərisində olan insanlar həlak olub və yaralanıblar”. Mücahidlərimizin bu maşının ətrafında işğalçı qüvvələrlə toqquşması davam edib ki, bu da işğalçı qüvvələrin sıralarında birbaşa itkilərə səbəb olub.

 “HƏMAS” Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Məhəmməd Həmadə deyib: “Bu bombanın partlaması işğalçıların ekstremal kabinetinə torpaqlarımızın heç bir yerində təhlükəsiz olmayacağı və buranı tərk etməkdən başqa, çarəsi olmadığı haqda güclü bir mesaj idi.”.

HƏMAS-ın sözçüsü bildirib ki, uşaq qatili sionist rejimin boş təhdidləri müqaviməti qorxutmur. Əksinə, bizi daha çox hərəkətə keçməyə təşviq edir. Düşmən kabineti Nablusda bomba partladıqdan sonra öz əsgərlərinin fəryadını diqqətlə dinləməlidir.

Həmədə həmçinin əlavə edib: “Əgər düşmən şəhər və kəndlərə hücum etmək, dinc insanlarımıza qarşı terror törətmək fikrinə düşsə, bu partlayışlar adi bir hadisəyə çevriləcək və müqavimət qələbə qazanana qədər işini davam etdirəcək və sizi qəfil yaxalayacaq.”

Bir saat əvvəl sionist rejimin 12-ci kanalı xəbər vermişdi ki, müqavimət döyüşçüləri bu partlayıcı qurğunu sionist əsgərlərlə dolu zirehli maşının altına yerləşdirib sonra işə salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 9 =