HƏMAS və İsrail qarşılıqlı olaraq daha bir neçə girovu azad ediblər
Fələstinin HƏMAS hərəkatı altı israilli girovu azad edib.
Bu barədə İsrail Ordusu bildirib.
“Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, altı israilli girov azaddır: onlar İsrail ərazisinə aparılır”, – ordu özünün teleqram kanalında məlumat yayıb.
HƏMAS-ın bir gecədə daha bir neçə girovu azad etməyi planlaşdırıb-planlaşdırmadığı məlum deyil.
Öz növbəsində İsrail də 30 fələstinli girovdan ibarət yeddinci qrupunu azad edib. Bu barədə isə “Al Jazeera” məlumat yayıb.
Sərbəst buraxılanların olduğu avtobusun İsrailin Ofer həbsxanasından çıxdığı qeyd edilir.
Telekanalın məlumatına görə, avtobus Fələstin Muxtariyyətinin Beytuniya şəhərinə gedib.