Hikmət Hacıyev: “Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil”

Hikmət Hacıyev: “Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil”

“Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”.

BAKU.WS xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda yer alıb.

“Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə, Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib.

Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik. Bəzi beynəlxalq media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”,-paylaşımda qeyd olunub.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =