Hindistan Aydan İLK SİQNALLARI ALDI: bu detal tədqiqatçıları ŞOKA SALDI

Hindistan Aydan İLK SİQNALLARI ALDI: bu detal tədqiqatçıları ŞOKA SALDI

Publika.az xəbər verir ki, bu barıdı Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Cihaz ilk dəfə olaraq Ayın cənub qütbündə temperatur ölçmələri aparıb.

“Hamımız fikirləşirdik ki, Ay səthin temperaturu 20 ilə 30 dərəcə arasında ola bilər, amma 70 dərəcədir. Bu, gözlədiyimizdən təəccüblü dərəcədə yüksəkdir” – “Press Trust of India” ISRO əməkdaşı Bee Darukeşə istinadla yazıb.

Belə yüksək temperatur tədqiqatçıları təəccübləndirib. Hazırda aparatın verdiyi məlumatlar təhlil edilir.

Qeyd edək ki, Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya öz kosmik gəmisini endirən dördüncü, dünyada isə Ayın cənub qütbünə yumşaq eniş edən ilk ölkə olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + eleven =