Hindistan kobud almaz idxalını iki ay müddətinə dayandıracaq

Hindistan kobud almaz idxalını iki ay müddətinə dayandıracaq

Hindistanın almaz sektoru oktyabrın ortalarından etibarən ölkəyə kobud almaz idxalının iki ay müddətinə dayandıracaq.

“Report” xəbər verir ki, bu barədə “Rapaport” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qəbul edilən qərar oktyabrın 15-dən dekabrın 15-dək davam edəcək, bundan sonra ölkənin ticarət təşkilatlarının nümayəndələri dekabrın ilk həftəsində yenidən vəziyyəti öyrənəcəklər. Bu tədbir COVID-19 pandemiyasından sonra sənayedə ən radikal tədbirdir.

Bundan başqa bu addım ABŞ-da ləng pərakəndə satışlar, laboratoriyada yetişdirilən brilyantlarla rəqabətin artması və Çində iqtisadi yavaşlama fonunda almaz ticarətində kəskin azalmaya cavab olaraq atılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eighteen =