Hindistanda avtobusların toqquşması nəticəsində azı 12 nəfər ölüb

Hindistanda avtobusların toqquşması nəticəsində azı 12 nəfər ölüb

Hindistanın Odişa ştatında iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Qeyd edilib ki, qəzaya düşənlər toy mərasimindən qayıdırmış.

Məlumatda bildirilib ki, ölənlərin 7-si bir ailənin üzvləri, digərləri də onların qohumları olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 18 =