Hindistanda körpünün uçması nəticəsində ən azı 17 nəfər ölüb

Hindistanda körpünün uçması nəticəsində ən azı 17 nəfər ölüb

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.

“İndiyədək 17 nəfərin meyiti tapılıb, bir çoxu itkin düşüb”, – polis əməkdaşı bildirib.

İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.

Hazırda xilasetmə işləri aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eleven =