Hindistanda xəstəxanada bir gündə 20-dən çox pasiyent ölüb

Hindistanda xəstəxanada bir gündə 20-dən çox pasiyent ölüb

Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin nümayəndələri NDTV kanalına məlumat veriblər.

Bildirilib ki, son 24 saat ərzində 12 yeni doğulmuş körpə dünyasını dəyişib. Onların ölüm səbəbləri açıqlanmır. 12 nəfər müxtəlif xəstəliklər, əsasən də ilan sancması səbəbindən ölüb.

Həkimlərdən biri qeyd edib ki, körpələr müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər. Yetkin xəstələrə gəlincə, o, onların vəziyyətinin ağır olduğunu vurğulayıb: “70-80 yaş arasında olan xəstələrin şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı kimi müxtəlif problemləri var idi”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 5 =