Hindistanın qərbində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

Hindistanın qərbində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

Hindistanın Maharaştra ştatında ötən gecə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-ə yaxın insan itkin düşüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi. Xilasedicilər gün ərzində hadisə yerində çalışıblar, axtarışlar sabah səhər saatlarında davam etdiriləcək.

Xilasedicilərin işi davam edən leysanlar, eləcə də yaşayış məntəqəsinin ucqar ərazidə yerləşməsi səbəbindən çətinləşib. Ölənlərin sayının artacağı istisna edilmir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fifteen =