Hindistanla Çin sərhəddəki gərginliyin aradan
qaldırılması barədə razılığa gəliblər
Hindistan və Çin hökumətləri iki ölkə arasındakı sərhəddə gərginliyin aradan qaldırılması barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra bildirib.
Onun sözlərinə görə, 23 avqustda Yohannesburqda BRİKS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə Çin lideri Si Cinpin arasında keçirilən qısa görüş zamanı bu razılaşma əldə olunub.
Qeyd edək ki, Çin və Hindistan arasında münasibətlərin kəskin pisləşməsinə 2020-ci ilin mayında iki ölkə sərhədindəki dağlıq Ladax bölgəsində böyük itkilərə səbəb olan silahlı toqquşmalar səbəb oldu. Toqquşmanın ardınca Çin və Hindistan əraziyə ağır artilleriya, tanklar və təyyarələr cəlb edib.
Çin – Hindistan sərhədinin Himalay dağlarından keçən hissəsinin demarkasiya edilməməsi onilliklər ərzində iki ölkə arasında gərginlik mənbəyi olub.
Apa.az