Hizbullah: 30 raketlə Kiryat Şmonanı hədəf aldıq

Hizbullah: 30 raketlə Kiryat Şmonanı hədəf aldıq

Livan Hizbullahı bəyanat yayaraq, işğalçı İsrail rejiminin Livanın cənubundakı Bint Cəbil bölgəsində dinc əhaliyə hücumuna cavab olaraq işğal altındakı Fələstinin şimalında sionistlərin Kiryat Şmona qəsəbəsinə 30 Katyuşa raketi atdığını açıqlayıb.

İRNA-nın Fələstinin “Şahab News” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu raket hücumu nəticəsində iki sionist mühacir həlak olub.

Eyni zamanda bəzi ibrani mənbələri Kiryat Şmonaya hücumlardan sonra yanğının baş verdiyini bildiriblər. Kiryat Şmonada Livan raketlərinin düşdüyü yerə yardım qüvvələri göndərilib.

İbrani mənbələri də bu hücum nəticəsində sözügedən qəsəbədə iki binanın dağıldığını etiraf ediblər.

Livan müqavimətinin işğal olunmuş Fələstinin şimal yaşayış məntəqələrinə hücumu Livan parlamentindəki Hizbullah fraksiyasının üzvü “Həsən Fəzlullah”ın sionist rejim ordusunun bugünkü cinayətini pisləyərək üç livanlı mülki vətəndaşı şəhid etməsindən saatlar sonra baş verir. Müqavimət hücumunun vətəndaşlara əks olunmadığı vurğulandı.

Əl-Məyadin şəbəkəsi bildirib ki, “Həsən Fəzlullah” Livanın cənubunda şəhid olan üç mülki şəxsin dəfn mərasimi zamanı vurğulayıb: “Bu, Livanın cənubundakı Bint Cəbil şəhərinin əhalisini və müqaviməti zəiflədə bilməyəcək bir cinayətdir və biz müqavimət yolunu davam etdirməkdə qərarlıyıq.

Fəzlullah vurğulayıb: Müqavimətlə verdiyimiz sözə əməl edəcəyik və düşmən bu bölgədə bizim iradəmizi qıra bilməz.

O, həmçinin qeyd edib: Biz sabit, möhkəm və müqavimətimizə sadiqik, mülki əhalinin hədəf alınmasına dözməyəcəyik və düşmənin bütün cinayətlərinə cavab verəcəyik.

Livanın dövlət xəbər agentliyi bu gün (çərşənbə günü) sionist rejim bombardmançılarının Livanın cənubundakı Bint Cəbil qəsəbəsinə hücumu nəticəsində üç livanlının şəhadəti və daha bir nəfərin yaralanması barədə məlumat yayıb.

Sionist rejimin bu təcavüzkar və cinayətkar əməlindən sonra Hizbullah bu gün səhər saatlarında işğal olunmuş ərazilərin şimalında sionist rejimin bazalarını 12 raketlə hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 12 =