Hizbullah: Bizim raketlərimiz sionist şəhər sakinlərinin üzərinə düşəcək

Hizbullah: Bizim raketlərimiz sionist şəhər sakinlərinin üzərinə düşəcək

Livan Hizbullahının İcraiyyə Şurasının sədri bu gün (bazar ertəsi) Livanlı mülki əhalinin sionist rejimin ayrı-seçkiliksiz hücumlarında şəhid olmasının ardınca bu cinayətlərə cavab verilməsinin vacibliyini vurğulayıb.

İRNA-nın Əl-Əhd xəbər saytına istinadən verdiyi məlumata görə, Hizbullahın Livandakı icra şurasının rəhbəri Seyid Haşim Səfiyəddin Livanın cənubunda mülki əhali və kəndləri hədəfə alan sionist rejimə qarşı müqavimətin cavabının şiddətli olacağını vurğulayıb.

O qeyd edib ki, müqavimət həmişə hərbi hədəfləri hədəfə alır, lakin sionist rejim dinc əhaliyə hücum etdikdə müqavimətin 500 kq ağırlığında olan “Bərkan” raketləri yaşayış məntəqələrində sionistlərin başlarına düşəcək.

Livan cəbhəsində Hizbullahdan ağır zərbələr alan və döyüş meydanında müqavimət döyüşçüləri ilə qarşılaşa bilməyən sionist rejim bu ölkənin cənubunda mülki mövqeləri və Livan vətəndaşlarını hədəfə alır.

İRNA-nın məlumatına görə, Livan müqavimət döyüşçüləri oktyabrın 8-dən Qəzzada “Əqsa tufanı” əməliyyatının başlamasından cəmi bir gün sonra sionist düşmənlə qarşıdurmaya giriblər. Bu tarixdən etibarən Livan Hizbullahı 100 kilometrdən çox məsafədə dəfələrlə işğalçıların mövqelərini hədəfə alıb.

Bu baxımdan sionist mediası dəfələrlə Hizbullahın işğal olunmuş Fələstin torpaqlarının şimalında hələ də üstünlüyə malik olduğunu və İsrail ordusunun bu bölgədə tələyə düşdüyünü etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nine =