Hizbullah daha 6 sionist bazasını hədəfə alıb

Hizbullah daha 6 sionist bazasını hədəfə alıb

Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında sionist işğalçı ordunun daha 6 bazasını hədəf aldığını açıqlayıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının cümə axşamı gecəsi bəyanatında deyilir ki, o, “Bəyaz Belida”, “Cəlləl-Əlam”, “Əl-Cərdah”, “Zuriyyət”, “Hərc Şətula” və “Xəle Vərde” bazalarını hədəf alıb və düşmənə müəyyən itkilər verib.

Eyni zamanda, Əl-Qəssam Briqadaları elan edib ki, mücahidləri Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı bir evin içərisində bir qrup İsrail piyada qüvvələrini piyada əleyhinə raketlərlə hədəfə alıblar.

Livan Hizbullahı bu gün səhər saatlarında verdiyi bəyanatda Qəzza zolağında müqavimət göstərən Fələstin xalqını himayə etmək və onların cəsur və şərəfli müqavimətini dəstəkləmək üçün livanlı döyüşçülərin müvafiq silahlarla sionist rejimin “Muyan Barux” bazasını hədəf aldığını elan edib.

Çərşənbə günü axşam Livan Hizbullahı ayrı-ayrı bəyanatlarında sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalında 4 hərbi mövqeyinə hücum etdiyini açıqlayıb.

Çərşənbə axşamı günü bu ölkənin cənubunda Livan ordusunun bir əsgəri sionist rejimin bir tankının Əl-Ədisə bölgəsindəki Təl-Əvisə hərbi mövqeyini atəşə tutması nəticəsində şəhid olub, daha üç əsgər isə yaralanıb.

Bu günlərdə “Əl-Əxbar” qəzeti yazıb ki, Livan müqaviməti düşmənin müqavimət göstərə bilməyəcəyi bəzi taktikalara əl atıb.

Buna əsaslanaraq müqavimət komandanlığı döyüşçülərə bir çox addımlar atmağa imkan verən səlahiyyətlər verib və Livan müqaviməti düşmənin mövqelərinə, silahlarına və sistemlərinə birbaşa ziyan vurmağa nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =