Hizbullah döyüşçüləri bir neçə sionist casusluq cihazını sıradan çıxarıblar

Hizbullah döyüşçüləri bir neçə sionist casusluq cihazını sıradan çıxarıblar

Livanın Hizbullah hərəkatının qüvvələri işğal olunmuş Fələstin sərhədində sionist rejimin bir neçə casus cihazını sıradan çıxarıb.

Sionist rejimin hücumlarına cavab olaraq Hizbullah döyüşçüləri bu rejimin bəzi sərhəd bazalarını hədəfə alıblar.

Əl-Mənar kanalı bildirib ki, müqavimət qüvvələri işğal olunmuş Fələstin sərhədində sionist rejimin çoxlu sayda kameraları və casusluq cihazlarını sıradan çıxarıb.

Bu gün, bazar günü müqavimət qüvvələri sionistlərin beş sərhəd qərargahını da hədəfə alıblar. Həmin qərargahlar bunlardır: Cilləl-Əlam, Barke Rişa, Ramya, Əl-Mənarə və Əl-Abad.

Hizbullah bu hücumların birbaşa və uyğun silahlarla həyata keçirildiyini açıqlayıb. Bundan əvvəl bu hərəkat sionistlərin Hanitadakı hərbi qərargahına hücum etdiyini bildirmişdi və nəticədə İsrail əsgərləri öldürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 11 =