Hizbullah İsrail bazasını darmadağın etdi

Hizbullah İsrail bazasını darmadağın etdi

Livan Hizbullahı cümə günü gecə verdiyi bəyanatda işğal olunmuş ərazilərin şimalında İsrail hərbi bazasını darmadağın etdiyini açıqlayıb.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, onlar iki “Fələq” raketi ilə “Xərabə Məər” bazasının anqarını hədəfə alıb.

Hizbullah bu raketlərin birbaşa hədəfi vurduğunu açıqlayıb.

Məhz bir neçə saat əvvəl media işğal olunmuş ərazilərin şimalındakı Əl-Cəliləl-Əlanın “Zürriyyət”, “Ərəbull-Ərameşə” və “Şumira” qəsəbələrində həyəcan siqnalı çaldığını elan etmişdi.

İRNA-nın məlumatına görə, Livan Hizbullahı sionist rejimin Qəzza zolağında törətdiyi dəhşətli cinayətlər və bu bölgədə fələstinlilərin soyqırımından sonra son bir neçə ayda işğal olunmuş ərazilərin şimalında bu rejimin hərbi mövqelərini hədəfə alıb.

İndiyədək on minlərlə sionist müqavimət hücumlarından qorxaraq Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk edib.

Sionist rejimin mediası da Hizbullahın öz əməliyyatları ilə işğal olunmuş Fələstinin şimalında sionist qəsəbələrin sakinlərini əsir aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + seven =