Hizbullah İsrail ordusunun qərargahına PUA ilə hücum edib – 24 saat ərzində 31 sionist əsgər yaralanıb
Livan müqaviməti bu gün (çərşənbə axşamı) günortadan sonra işğal olunmuş Fələstinin şimalında sionist rejimin bir komanda mərkəzini və bir kazarmasını hədəf alındığını elan edib.
İRNA-nın çərşənbə axşamı Əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, Livanın Hizbullah hərəkatı işğal altındakı Fələstinin “Səfəd” şəhərinin şimal-şərqində sionistlərin “İllit” qəsəbəsində düşmən İsrailin yeni yaradılmış “91-ci” komanda qərargahına PUA ilə hücum etdiyini və onu diqqətlə hədəfə aldığını elan edib.
Livan Hizbullah başqa bəyanatında da İsrail ordusunun bir kazarmasını hədəf aldığını açıqlayıb.
Hizbullahın bəyanatında deyilir: Döyüşçülərimiz “Zariit” kazarmasında düşmən əsgərlərinin toplaşdığı yeri hədəfə alıblar.
Bu bəyanata əsasən, sözügedən hücum çoxlu sayda sionistin ölümünə və yaralanmasına səbəb olub.
Bu xəbərə əsasən, sionist ordusu da Livanın cənub-qərbindəki “Üləma əş-Şəb”, “Əd-Dəhirə” və “Teyr Harfa” qəsəbələrini artilleriya hücumları ilə hədəfə alıb.
Bununla əlaqədar olaraq sionist ordusu ötən sutka ərzində 31 əsgər və zabitin yaralandığını etiraf edib.
İsrail ordusu onların 18-nin Qəzza zolağında yaralandığını açıqlayıb.