Hizbullah: İsrailin pilotsuz təyyarəsini vurduq
Livan İslami Müqavimət Hərəkatı cümə axşamı səhər bir bəyanat yayaraq, müvəqqəti sionist rejiminə məxsus pilotsuz təyyarəni vurduğunu elan edib.
Fələstin mənbələri cümə axşamı səhər saatlarında işğal olunmuş Fələstinin şimalında və “Tiberiya” bölgəsinin səmasında partlayış səsinin eşidildiyini bildirib.
Bir neçə dəqiqə sonra Livan İslami Müqavimət Hərəkatı bəyanat yayaraq müvəqqəti sionist rejimin pilotsuz təyyarəsini vurduğunu elan etdi.
Hizbullahın bəyanatında deyilir: “Döyüşçülərimiz Livanın cənub sərhədində yerləşən Malikiyyə və Hunin kəndlərinin hava məkanında yer-hava raketindən istifadə edərək İsrailə məxsus pilotsuz təyyarəni vurublar.
Cümə axşamı səhər saatlarından bir neçə saat əvvəl yerli media sionist müvəqqəti rejimin aqressiv hücumlarla Livanın cənubundakı məntəqələri hədəf aldığını bildirib.
Əl-Əqsa tufan əməliyyatının başlamasından bir neçə gün sonra Hizbullah qüvvələri sionist şəhər və qəsəbələrə raket və artilleriya hücumlarına başlayıb. Hazırda bu hücumlar genişlənir və Hizbullah daha uzun mənzilli raketlərdən istifadə edir.