Hizbullah komandirinin öldürülməsindən sonra İsrail bazasını hədəf alıb
Livan “Hizbullah”ı çərşənbə axşamı yüksək səviyyəli Hizbullah komandirinin və HƏMAS silahlı qruplaşmasının lider müavininin öldürülməsinə cavab olaraq İsrail hərbi bazasına pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. HƏMAS pilotsuz təyyarənin İsrail-Livan sərhədindən təxminən 10 kilometrlik məsafədə yerləşən Safed bölgəsindəki İsrail bazasına hücum etmək məqsədi daşıdığını bildirib.
İsrail ordusu Livandan İsrail ərazisinə keçən bir neçə təyyarənin qarşısını almaq üçün tutma qurğularını işə saldığını və mərminin İsrailin şimalındakı bazaya düşdüyünü bildirib. Hərbçilər itki və dağıntıların olmadığını deyir.
Təhlükəsizlik rəsmiləri İsrailin pilotsuz təiyyarəsinin Livanın cənubunda bir avtomobili vurması nəticəsində üç nəfərin öldüyünü bildirib. Hücum İsrailin Livanın cənubunda avtomobilə endirdiyi zərbədən bir gün sonra baş verib.
İsrail çərşənbə axşamı Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı hava və quru kampaniyasını, o cümlədən Qəzzanın mərkəzində və Qəzzanın cənubundakı Xan Yunis bölgəsində hava hücumlarını davam etdirib.
İsrail ordusu Xan Yunisdə 40-a yaxın fələstinli yaraqlının öldürüldüyünü bildirib. Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində yaşayan sakinlər İsrail qüvvələrinin atəş açdığını və yaraqlılarla silahlı döyüşlər apardığını bildiriblər.
Birləşmiş Millətlər Təşkilatı Qəzzada yaşayan insanların əksəriyyətinin evlərini tərk etməsi və humanitar işçilər və səhiyyə müəssisələrinin yardım göstərməkdə çətinlik çəkməsi ilə münaqişənin mülki əhaliyə ağır təsirləri barədə xəbərdarlıq edib.
Agentlik həmçinin bildirib ki, İsrail səlahiyyətliləri humanitar tərəfdaşların Qəzzanın şimalına təcili tibbi ləvazimat çatdırmaq üçün çoxsaylı cəhdlərini rədd edərək, oradakı beş xəstəxananı həyati xilasedici tibbi ləvazimat və avadanlıqsız qoyub.