Hizbullah sərhəd bölgələrində 2 yeni əməliyyat keçirib

Hizbullah sərhəd bölgələrində 2 yeni əməliyyat keçirib

Livan mənbələri sionistlərin sərhəd bölgələrindəki hərbi qərargahının Bərkan raketi ilə hədəfə alındığını bildirir.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahının İslami müqaviməti sionistlərin Qəlileyanın qərbindəki Əl-Cərdəh bölgəsindəki hərbi qərargahını Bərkan raketləri ilə hədəfə aldığını elan edib.

Livan Hizbullahı həmçinin bir qrup sionist əsgərin Mitat kazarmasına daxil olduqları zaman sərhəd məntəqələrində onlara hücum etdiyini açıqlayıb.

Bununla əlaqədar olaraq yerli mənbələr sionist rejim ordusunun Livanın sərhəd bölgələrinə artilleriya hücumlarının davam etdiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =