Hizbullah sionist əsgərlərin toplanma mərkəzini hədəfə alıb

Hizbullah sionist əsgərlərin toplanma mərkəzini hədəfə alıb

Livan Hizbullah Hərəkatı bəyanat yayaraq, işğal altındakı Fələstinin şimalında sionist hərbçilərin toplanma mərkəzini hədəfə aldığını açıqlayıb.

Livan Hizbullahı bu gün yaydığı bəyanatında bildirib ki, şərəfli Fələstin xalqının mövqeyini dəstəkləmək istiqamətində sionist rejim əsgərlərin işğal olunmuş Fələstinin şimalında yerləşən “Cəll əl-Əlam” bazası ətrafında toplaşdığı yer raketlə hədəfə alındı.

Sionist rejim mediaları da cümə axşamı xəbər veriblər ki, Livandan işğal olunmuş Fələstinin şimalında sionist Şalomi qəsəbəsinə doğru yeni raket dalğası başlayıb və bu şəhərdə ən azı beş partlayış səsi eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =