Hizbullah sionist rejimin üç hərbi qərargahına raket zərbəsi endirib

Hizbullah sionist rejimin üç hərbi qərargahına raket zərbəsi endirib

 Livan islami müqaviməti (Hizbullah) sionist işğalçıların Branit, Əl-İbad və Təl Şaar bazalarındakı mövqelərinə, həmçinin sionistlərin Cəlil-Ulyadakı Əl-Matla qəsəbəsinə raket zərbələri endirib.

Bununla bağlı, Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda vurğulayıb: “İşğalçı qüvvələrin Təl Şaar bölgəsində toplaşdığı yer raketlə hədəfə alındı və raket təyin olunmuş hədəfi birbaşa vurdu.”

Sionist mediaları başqa bir hadisə ilə bağlı Batsat, Rəs Naqura, Şlomi və Leyman qəsəbələrində həyəcan siqnalı çalındığını bildiriblər.

Əl-Cəzirə telekanalı da Livanın cənubundan sionistlərin Əl-Cəlilin qərbindəki mövqelərinə 10 raket atıldığını vurğulayaraq bildirib: “İşğal altındakı Fələstinin Livanla sərhədində yerləşən ən azı 10 sionist qəsəbəsində həyəcan siqnalı çalınıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =