Hizbullah sionistlərin Merkava tankını məhv etdi

Hizbullah sionistlərin Merkava tankını məhv etdi

Livan Hizbullahı sionist rejimin mövqelərinə hücumların davamında bu rejimin Merkava tankının məhv etdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan Hizbullahı dünən gecə (24 may) sionistlərin işğal altındakı Fələstinin şimalındakı Şatula bölgəsində Merkava tankını idarə olunan raketlərlə hədəfə alıb.

Hizbullahın bəyanatında deyilir: Sözügedən tank bu ərazidə hərəkət edərkən hədəfə alınaraq məhv edilib və içərisində olanlar da həlak olub və yaralanıb.

Hizbullah döyüşçüləri tankın ətrafında olan sionist əsgərləri də top mərmiləri ilə hədəfə alıblar.

Bu hərəkat həmçinin Fələq raketləri ilə işğal olunmuş Fələstinin şimalındakı “Dovu” kazarmasında sionist rejimin sərhəd qüvvələrinin qərargahını birbaşa hədəfi vurduğunu bildirib.

Hizbullah döyüşçüləri sionist rejimin bir qrup hərbi kəşfiyyat qüvvələrinin “Əl Minara” bölgəsində yerləşdiyi və texniki casusluq avadanlığının olduğu və bu avadanlıqların məhvinə səbəb olan binanı hədəfə alıblar.

Hizbullah döyüşçüləri Kəfər Şəba təpələrindəki “Əl-Ramtha” bazasını da uyğun silahlarla hədəfə alıblar.

Ötən bir neçə ayda sionist rejimin Qəzza zolağında törətdiyi dəhşətli cinayətlər və bu bölgədə çoxlu sayda fələstinlinin qanının tökülməsinin ardınca Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında bu rejimin hərbi mövqelərini hədəfə alıb. Bu isə məntəqədə yaşayan sionistlərin qorxusuna səbəb olan məsələlərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 3 =