Hizbullah: Son 24 saat ərzində sionistlərin 13 mövqeyini hədəfə aldıq

Hizbullah: Son 24 saat ərzində sionistlərin 13 mövqeyini hədəfə aldıq

Livan İslami Müqavimət Hərəkatı çərşənbə axşamı səhər saatlarında bildirib ki, bazar ertəsi günü işğal olunmuş Fələstinin şimalında sionist rejim ordusunun 13 mövqeyini hədəfə alıb.

Hizbullah xəritəni dərc etməklə izah edib ki, son əməliyyat (yerli vaxtla) 20:20-də həyata keçirilib və sionist əsgərlərin Ramim bazası yaxınlığında toplaşdığı yer Fələq-1 raketi ilə hədəfə alınıb.

Bu hərəkat vurğulayıb ki, işğalçı baza və əsgərlərə qarşı hücumlar Fələstin məsələsinə dəstək məqsədilə və sionistlərin Qəzzə zolağına qarşı cinayətləriə cavab olaraq həyata keçirilib.

Digər tərəfdən, “Əl-Mənar” şəbəkəsi çərşənbə axşamı səhər sionist ordusunun Livanın cənubundakı bölgələrə təkrar təcavüzkar hücumları barədə məlumat verib.

HƏMAS müqavimət hərəkatının döyüşçüləri tərəfindən “Əqsa tufanı” əməliyyatı həyata keçiriləndən bəri işğalçılar Qəzza zolağından əlavə, Livanın cənub bölgələrinə də artilleriya və hava hücumları təşkil edir.

Livan İslami Müqavimət Hərəkatı Əl-Əqsa tufanı əməliyyatına dəstək olaraq işğal olunmuş Fələstinin şimalındakı sionist hərbi bazalarını da hədəfə alıb. Hizbullah hər zaman bu hücumların Qəzza xalqına və Fələstin müqavimət qüvvələrinə dəstək məqsədilə həyata keçirildiyini və sionist rejimin təcavüzü davam etdikcə belə hücumların davam edəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 10 =