Hizbullah tərəfindən sionist əsgərlərin tank və zirehli maşınları məhv edilib

Hizbullah tərəfindən sionist əsgərlərin tank və zirehli maşınları məhv edilib

İslami müqavimət döyüşçüləri və Fəcr qüvvələri bu gün axşam saatlarında Livan və işğal olunmuş Fələstinin sərhəd bölgələrində sionist düşmənə ölümcül zərbələr endiriblər.

Mehr Xəbər Agentliyinin Ən-Nəşrə-yə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı müqavimət döyüşçülərinin Doviv kazarmasının ətraflarında sionist rejimin “Hummer” hərbi maşınını idarə olunan raketlərlə hədəfə aldığını, nəticədə bir neçə sionist əsgərin öldürüldüyü və yaralandığını elan edib.

Hizbullahın bəyanatında deyilir: Müqavimət döyüşçüləri bu gün axşam saatlarında “Hummer” maşınına raket zərbələri endiriblər və sionist rejimin tankı hadisə yerinə gələndə döyüşçülərimiz idarə olunan raketlərlə bu tankı da hədəfə alıblar.

Hizbullah başqa bir bəyanatda həmçinin elan edib ki, müqavimət döyüşçüləri işğal altındakı Hunin (Ramim) kazarmasında sionist rejim əsgərlərini hədəfə alıb və düşmənə tələfat veriblər.

Hizbullah bəyanat verərək Hanita hərbi mərkəzinin idarə olunan raketlərlə hədəf alındığını açıqlayıb.

Digər tərəfdən, Əl-Fəcr qüvvələri bir bəyanatda bildiriblər: Sionist rejimin Livanın cənubunda xalqımıza qarşı davam edən hücumları, kəndlər və ətrafının atəşə tutulması və mülki əhalinin hədəfə alınması, eləcə də işğalçıların Fələstində törətdiyi qətliamları nəzərə alaraq, Əl-Fəcr qüvvələri sionist rejimin mövqelərinə yeni raket zərbələri endirib və düşmənə itki və tələfat verib.

Bu bəyanatda vurğulanır: Sionist düşmənin xalqımıza hər hücumu sionist rejimin daha çox mövqelərini hədəfə almaqla cavablandırılacaq. Biz Qəzzanın mətin sakinlərini dəstəkləyirik. Döyüşçülərimiz və Fələstin müqaviməti düşməni məhv etmək üçün eyni cəbhədə vuruşur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 16 =